"Növbəti ilin büdcəsi də sosial yönümlü olacaq"

"Növbəti ilin büdcəsi də sosial yönümlü olacaq"

Gələn il təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulur. Bu barədə "Hesab vaxtı"na müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Millət vəkilinin sözlərinə görə, növbəti ilin büdcəsi də sosial yönümlü olacaq. Sosial istiqamətlərə büdcə ayırmalarının ən azı 15 faiz artırılması gözlənilir.

"Ötən ilki rəqəmlərdən10-15 faiz çox olacaq. Bu birmənalıdır, bunu müzakirə etməyə ehtiyac yoxdur. Nəzərə alsaq ki, səhiyyədə də, təhsildə də artıq bir sıra işlər görülüb, onda ayrılan vəsait daha çox əmək haqqının artırılmasına yönələcək. Müəllimlərin və həkimlərin əmək haqqının artması daim gündəmdə olan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə