Neft dəyərini itirir

Sentyabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,33 dollar və ya 1,4% azalaraq 1 barelə görə 95,29 dollar olub.

SİA-nın məlumatına görə, sentyabrın 18-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar və ya 1,6% azalaraq 112,03 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə