ABŞ-ın "Apple" korporasiyası iPhone5 smartfonunu təqdim edəndən sonra dünya smartfon bazarında rəqabət daha da gərginləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın "Samsung" korporasiyası iPhone5-ə cavab olaraq "Samsung Galaxy S4"ü satışa çıxarmağa hazırlaşır.
100 gündə 20 milyondan artıq satılan "Galaxy SIII"ün uğuru ilə kifayətlənməyən koreyalılar yeni, "Galaxy S4" smartfonunu 2013-cü ilin əvvəllərində Mobil Dünya Konqresində təqdim edəcək.
"Samsung" korporasiyası "Galaxy III" smartfonunu da həmin konqresdə təqdim etmiş, bir ay sonra isə satışa çıxarmışdı.
"Galaxy S4"-də "Qualcomm" prosessorunun yerinə "Exynos" olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB