Bu ilin yanvar-avqust ayları ərzində gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 773.120 milyon manat vergi və rüsum ödənilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu göstəricinin 519.309 milyon manatı əlavə dəyər vergisinin (ƏDV) payına düşüb. İlin səkkiz ayında gömrük rüsumu üzrə 196.248 milyon manat, aksizlər üzrə 45.982 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb. Yanvar-avqust aylarında gömrük orqanlarından büdcəyə köçürülən yol vergisi isə 11.571 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB