Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsində salınan piyada keçidində son tamamlanma işləri aparılır. SİA-nın məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sifarişi ilə inşa olunan piyada keçidinin uzunluğu 57m, eni 8m, hündürlüyü 3,20m-dir.
Piyadaların hərəkəti üçün nəzərdə tutulan pilləkənlərdə əlil arabaları üçün ayrıca yol var. İki tərəfə giriş-çıxışı olan piyada keçidi demək olar ki, istismara hazırdır. Hazırda piyada keçidinin ətrafında abadlıq işləri həyata keçirilir. Paytaxt sakinləri yaxın günlərdə keçiddən istifadə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB