Quba-Qusar yolu əsaslı təmir olunur. SİA-nın azeryol.az saytına istinadən verdiyi məlumata görə, uzunluğu 11,6 km, eni 7 m olan yol genişləndirilərək 2-ci texniki dərəcəyə uyğun əsaslı şəkildə təmir olunur. Hamarlayıcı qatdan əlavə 3 laydan ibarət olacaq asfalt-beton örtüklü yolda layihə üzrə dairəvi boruların təmiri, istinad divarlarının tikintisi, şəhər ərzisindən keçən hissələrdə səkilərin salınması və 7-ci km-də Quruçay üzərindəki körpünün sökülərək yenisinin tikintisi nəzərdə tutulub.
Yol boyunca zədələnən hissələr qazılaraq çıxarılır, lazımi materiallar doldurularaq kipləşdirilir və yeni asfalt-beton örtüyünün salınması Qusar şəhəri istiqamətində davam etdirilir. Artıq 8 dairəvi boru təmir olunub, 7500pm uzunluğunda səki daşları düzülüb, zəruri olan ərazilərdə istinad divarları tikilib və 4,7km-lik hissədə 2 qat asfalt-beton örtüyünün vurulması başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB