Neft yenə bahalaşır

Sentyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,1% artaraq 1 barelə görə 96,54 dollar olub.

SIA-nın məlumatına görə, sentyabrın 10-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,6% artaraq 114,81 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə