7 aya 15,1 milyard dollarlıq müsbət saldo

7 aya 15,1 milyard dollarlıq müsbət saldo

Bu ilin yanvar-iyul aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 140 xarici dövlətlə ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ticarət dövriyyəsi 25,7 milyard ABŞ dolları təşkil edib, onun 5,3 milyard dolları idxalın, 20,4 milyard dolları ixracın payına düşüb, 15,1 milyard dollarlıq müsbət saldo yaranıb.

Qeyri-neft məhsullarının ixracı 903,5 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-iyul aylarının səviyyəsini 6,8 faiz üstələyib.

Xarici ticarət əməliyyatlarının 84,9 faizi İtaliya, İsrail, İndoneziya, Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Almaniya, Çin, Çexiya Respublikası, Böyuk Britaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ukrayna, Tayvan (Çinin əyaləti), Sinqapur və Tayland dövlətləri, qalan 15,1 faizi isə digər ölkələrlə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə