Gəncədə III Azərbaycan-Almaniya Biznes Forumu keçiriləcək

Gəncədə III Azərbaycan-Almaniya Biznes Forumu keçiriləcək

Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr artan tenplə inkişaf edir. Ötən il Azərbaycan ilə Almaniya arasında xarici ticarət dövriyyəsi 1,5 mlrd. avro təşkil edib. SİA-nın xəbərinə görə, bunu Almaniya-Azərbaycan İqtisadi Birliyinin icraçı direktoru Florian Şröder deyib.

F.Şröder qeyd edib ki, Azərbaycan həcminə görə Almaniyanın ən böyük 7-ci neft tədarükçüsüdür: "Bundan əlavə, Almaniya Azərbaycandan meyvə və tərəvəz məhsulları da alır. Lakin hesab edirəm ki, Azərbaycanın ixracat imkanları daha da gücləndirilə bilər. Azərbaycan da öz növbəsində Almaniyadan 900 mln avro məbləğində məhsullar alır. Bu məhsullara avtomobillər, ehtiyat hissələri, müxtəlif avadanlıqlar, kimya məhsulları təyyarələr aiddir".

F.Şröder qeyd edib ki, bu həftənin III və IV günləri Gəncə şəhərində III Azərbaycan-Almaniya Biznes Forumu keçiriləcək. Onun sözlərinə görə, həmin səfər çərçivəsinə Göy-Gölə və köhnə Almaniya məskənlərinə baş çəkə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə