Süd – bu, insanın anadan olduğu vaxtdan başlayaraq qocalmasına qədər normal həyat fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri maddələrin olduğu yeyinti məhsuludur. Süd ən faydalı və bəsləyici məhsullardan biridir. Südün tərkibində xəstəlik törədən mikroblar ilə mübarizə aparan geniş vitamin, hormon və immun cisimlər kompleksi vardır.
Demək olar ki, sümük, diş, qan, sinir toxumalarının qurulmasına yönəlmiş bütün elementlər toplanmışdır. Kimyəvi tərkibinin tamlığına görə süd ilə heç bir başqa təbii qida müqayisə edilə bilməz.
Südün ən əsas tərkib hissələrindən biri zülaldır. Süd zülalları ət və balıq zülalları ilə müqayisədə daha qiymətli və tez bir zamanda həzm edilir. Keyfiyyətli süd nədir? Cavab bir mənalıdır – bu, tərkibində xəstəlik törədən bakteriyaların minimum olduğu məhsuldur! Bu tərif üçün tərkibində insana zərər verən mikroorqanizmləri bir neçə saat ərzində sərbəst şəkildə məhv etməyə qadir immun cisimlərinin olduğu təzə süd son dərəcə uyğundur.
Lakin süd təzə olmadıqda məhsulun faydalı substansiyalarının bütün müxtəlifliyini necə saxlamaq olar? Müasir texnologiyalar südü bakterisid fazası dövründə olduğu kimi keyfiyyətli və təhlükəsiz edə bilərlərmi? Emal edilmiş süd təzə südə alternativ olacaqdırmı? Bəli!!!
Ultrapasterizasiya, və ya yüksək temperatur altında emal (UHT — Ultra High Temperature) – bu, ötən əsrin 50-ci illərində icad edilmiş ən müasir texnologiyadır.
"Milla" brendinin süd məhsulları istehsal etdiyi texnologiya məhz Ultrapasterizasiyadır. Azərbaycan istehlakçısının sağlamlıq və higiyena tələblərini nəzərə alaraq bu tanınmış Azərbaycan brendi süd məhsulların istehsalı üçün məhz bu istehsal texnologiyasını tətbiq edir.
Ultrapasterizasiyanın (UHT) sirri südün bakteriyalardan tam olaraq təmizlənməsi və südün qablaşdırmaya xüsusi aseptik texnologiyada tökülməsindən ibarətdir. Emalın bu növü, qaynadılmasına ehtiyac olmayan keyfiyyətli içməli südü istehsal etməyə imkan verir! Çünki qaynadılmış süd öz müalicəvi xüsusiyyətlərini əhəmiyyətli dərəcədə itirir. Qaynadılma prosesi zamanı zülalların parçalanması baş verir və istiyə qarşı həssas olan C vitamini məhv edilir. Bundan əlavə, kalsium və fosfor həll olunmayan birləşmələrə çevrilirlər, bu da insan orqanizmi tərəfindən həzm edilmir.
Bizim üçün adət almış və istiliyə qarşı davamlı olan bəzi bakteriyaların və onların sporlarının yenə də qaldığı pasterizasiyadan fərqli olaraq ultrapasterizasiya (UHT) yüksək temperatur 135-137°С altında baş verir ki, bu da bakteriyaları tam olaraq məhv etməyə imkan verir, lakin süddəki bütün faydalı maddələr qorunub saxlanılır, çünki emal prosesi cəmi 2-4 saniyə davam edir! Bu xüsusilə vacibdir, ona görə ki, bu şəraitlərdə süd şəkəri (laktoza) məhv olmur, mineral duzlar (xüsusilə kalsium) və vitaminlər həmçinin öz xüsusiyyətlərini qoruyub saxlayır.
Bu gün ultrapasterizasiya (UHT texnologiyası) dünyada südün emalının ən qabaqcıl və məhşur üsuludur. 1989-cu ildə ABŞ-nın yeyinti texnologiyaları institutu bu sistemi "XX-ci əsrin yeyinti texnologiyalarının ən böyük naliyyəti" adlandırmışdır.
Belə ki, insan üçün ən faydalı bəsləyici maddələrdən ibarət və bakterisid xüsusiyyətlərə malik olan təzə sağılmış süddür. Lakin, gördüyünüz kimi, UHT-südü (ultrapasterizasiyadan keçmiş süd) insan üçün zəruri olan bütün faydalı substansiyaları uzun müddət ərzində saxlayaraq termik emalın proqressiv yanaşmaları və unikal texnologiyası sayəsində təzə süddən geri qalmayan keyfiyyətli məhsuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə