Tikinti materialları bazarında durğunluq yaranıb

Tikinti materialları bazarında durğunluq yaranıb

Ölkədə iri infrasturuktur layihələrinin azalması tikinti materialları bazarında qiymətlərin azalmasına səbəb olub. MBA konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimovun SIA-a ekuskliziv açıqlamasına görə, inşaat sektorunun zəifləməsi tikinti materialları bazarının dinamikasının azalmasına səbəb olub.

Bundan başqa Nüsrət İbrahimov qeyd etdi ki, tikinti materialları bazarındakı qiymət ucuzlaşmasına təsir edən digər səbəb inflyasiya və idxalla yanaşı inşaat sektorundakı durğunluqla bağlıdır. 2011-ci ildə bir sıra infrastuktur layihələr realaşdırıldı ki, bu da daşınmaz əmlak və tikinti materialları bazarına investisiya axınına səbəb oldu. Həmin dövrdə qiymətlərdə 13-14 faiz artım oldu. Ancaq 2012-ci ildə infrasturuktur layihələrində qismən azalma müşahidə olunur. Bundan başqa tikinti materiallarının ucuzlaşmasının digər səbəbi isə ondan ibarətdir ki, son dövrlər fərdi evlərinin tikintisi azalıb. Nüsrət İbrahimovun sözlərinə görə, bazarın dinamıkasının digər səbəbi tikinti şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, əvvəl ki, illərdə tikinti şirkətləri materialları açıq bazardan təmin edirdilərsə, indi şirkətlər tikinti materiallarını ya özləri istehsal edirlər ya da xaricdən bir başa idxal edirlər. Təbii ki, tikinti bazarının dinamikasına və qiymətlərə mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə