Ötən dövrlə müqayisədə bu il ölkədə kənd təsərüfatı məhsullarının istehsalı artacaq. Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin SİA-ya verdiyi məlumata görə, artım daha çox kartofçuluq təsərüfatında müşahidə olunub.
Əhalinin kartofa olan təlabatının daxili istehsal hesabına ödəndiyini deyən nazirlik rəsmisi eyni zamanda Azərbaycandan qonşu ölkələrə faraş kartofun ixrac ediləciyini bildirib. Rəsmi statistikaya görə, əhalinin bu məhsula olan təlabatı 410 min tondur. Ancaq proqnozlara görə, 1 milyon ton kartofun istehsalı gözlənilir. Son 4 ilin statiskasına baxdıqda bu il kartofun qiymətində azalma müşahidə olunub. Fermerlər hər hektardan 20-30 ton kortof əldə edib.
M.Hacıyevin sözlərinə görə, meyvə-tərəvəz məhsullarında da artım var. Rəsmi statiskaya görə, bu il 1,2 milyon ton tərəvəz istehsal olunub. Bu əhalinin təlabatından 1,6-1,7 dəfə çoxdur. Meyvəyə gəldikdə isə bu il bu sahədə də məhsuldarlığı artması gözlənilir. Nazirlik rəsmisinin sözlərinə görə, məhsuldarlığın artması ölkənin daxili bazarlarındakı qiymətlərədə müsbət təsir edib. Bu faktı keçirilən monitorinqlərdə təsdiqləyir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, nazirlik bazarlarda monitorinqlər aparıb. Monitorinqlərin nəticəsi olaraq müəyyənləşib ki, 20-30 faizlik azalma müşahidə olunub. Sadəcə olaraq fermerlər məhsulların satışında problemlə üzləşir. Çünki fermer istehsal etdiyi məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Buna görə, Kənd Təsərüfatı Nazirliyi təşəbbüs irəli sürüb ki, rayonlarda tədərük məntəqələri açılsın. Bu həm dövlət həm də özəl sektora aiddir. Bununla da fermer alıcı olduğu üçün məhsul istehsalını artıra bilər. Onun sözlərinə görə, bu sahələrdə məhsuladarlıq çox olduğu üçün idxal azdır: "Bu gün Azərbaycan 100-dən artıq ölkə ilə idxal ixrac əməliyyatı aparır. Bundan başqa gündən-günə ölkəmizin ixrac potensialı və məhsulların çeşidi artır. Bundan başqa ölkəmiz emal sənayesindəki məhsullarının ixracınıda artırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB