Türkiyədə inşa olunan STAR Neft Emalı Zavodu 2015-ci ildə fəaliyyətə başlayacaq
Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə inşa etdirdiyi STAR Neft Emalı Zavodu 2015-ci ildə fəaliyyətə başlayacaq. SİA-nın məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.
O vurğulayıb ki, 2011-ci ildə təməli qoyulan zavod PETKİM-in xammalla təchizatını tam təmin edəcək. İllik emal gücü 10 mln ton olacaq. 2020-ci ilə qədər STAR Neft Emalı Zavodunun ümumi tikintisinə 15 mlrd dollar həcmində vəsaitin yatırılması gözlənilir.
R.Abdullayev Şahdəniz II layihəsindən danışıb və bildirib ki, layihə çərçivəsində bir neçə blokun tikintisi nəzərdə tutulur. Bu da Azərbaycanda ən böyük layihələrdən biri hesab olunacaq. Həmçinin \"Şahdəniz\" layihəsi, \"Ümid\", \"Abşeron\" yataqları üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanda həmçinin gələn ilin ortalarında Neft Qaz və Neft Kimya Komplesinin tikintisinin fiziki işinə başlayacaq. Bu, Azərbaycanda ən böyük layihələrdən biri olacaq. Gələcəkdə burada 15 mindən çox işçi çalışacaq. 2020-ci ilə qədər layihənin tikintisinin başa çatdırılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB