İran, Venesuela və İraq neftin qiymətini sabitləşdirmək üçün səylərini birləşdiriblər
Səudiyyə Ərəbistanının neft istehsalının artımı və qiymətlərin aşağı salınması ilə bağlı səyləri ilə əlaqədar olaraq OPEK-in əsas neft istehsalçısı olan üç ölkəsi - İran, Venesuela və İraq neftin qiymətinin sabitləşdirmək üçün yeni alyans yaradıblar.
"MehrNews" xəbər verir ki, Avropa Birliyinin İranın bank və neft sektoruna qarşı yönəlmiş sanksiyalarının qüvvəyə minməsindən sonra bir sıra OPEK ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Liviya neft hasilatını artırıb və bu, İran neftinə alternativ olmalıdır. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı görünməmiş səviyyəyə qalxıb və 10 mlrd.barrel təşkil edir. Səudiyyə Ərəbistanı neftin qiymətinin barrel üçün $60-a endirilməsinə səy göstərir.
Bununla bağlı olaraq, İranın neft naziri Rostem Qasemi İraqın neft naziri Kerim Əl-Ayibiyə müraciət edərək, neft istehsalına kvotaların azaldılmasının mümkünlüyünü müzakirə etməyi təklif edib. Bu təklifi Venesuela neft naziri Rafael Ramirez də dəstəkləyib. O, hazırda bu məsələ ilə bağlı Ekvador və Əlcəzair ilə danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB