ARDNŞ: “5 ay ərzində Bakı-Tiflis-Ceyhan kəməri ilə 13. 4 milyon neft ötürülüb”
Bu ilin may ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 801 min 673 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, bu ilin yanvar-may aylarında bu kəmərlə 13 milyon 42 min 139 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il iyun ayının 1-ə qədər BTC-yə 188 milyon 822 min 781 ton neft vurulub. Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 214 min 561 ton Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB