Yararsız ərzaqlar satışdan çıxarılır

Yararsız ərzaqlar satışdan çıxarılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında monitorinqlərini davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nizami rayonunda Ş.Mirzəyev küçəsi, ev 56, mənzil 1 ünvanında İlham Ağayevə məxsus mağazada, Səbail rayonunda T.Məmmədov və H.Paşayev küçələrinin kəsişməsində Adil Novruzova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.


Nizami rayonunda C.Naxçıvanski küçəsində yerləşən \"Rahat market\"də və \"Fərid market\"də, Q.Qarayev prospekti, ev 41 ünvanında Nazı Mustafayevaya məxsus mağazada, Səbail rayonunda S.Məmmədov küçəsi, ev 7 ünvanında Fərid Qulamzadəyə məxsus mağazada, Badamdar qəsəbəsi, Bağlar döngəsində yerləşən \"Ümid market\"də, T.Məmmədov küçəsindəki \"Saf market\"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.


Abşeron rayonunda Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində Xalid Həsənova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.


Şəki şəhərində S.Mümtaz küçəsində Rəsul Ağaəliyevə məxsus mağazada, Füzuli rayonunda Bala Bəhmənli kəndində Elman Orucova məxsus mağazada, Hacıqabul rayonunda İ.Qayıbov küçəsində Asif Məmmədova məxsus mağazada, Quba rayonunda Barlı kəndində Məhbubə Yaqubovaya məxsus mağazada, Vaqif küçəsində İzafə Əliyevaya məxsus mağazada, Lənkəran rayonunda Şiləvar kəndində Cavid Nəsirova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.


Ümumilikdə, monitorinqlər zamanı 880 kq-dan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə