18-22 iyun tarixində Almaniyanın Frankfurt-Mayn şəhərində ACHEMA Dünya Biznes Forumu keçiriləcək. SİA-nın ARDNŞ-ə istinadən xəbər verir ki, forum çərçivəsində, iyunun 20-də "Azərbaycan 2025: kimya emalı sənayesi yüksəliş yolunda" adlı müzakirə təşkil ediləcək. Müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin Neft-qaz emalı və neft-kimya kompleksi layihəsi məsələləri üzrə Departamentin Layihə üzrə işlərin təşkili şöbəsinin böyük mühəndisi Orxan Cəfərov, Texniki nəzarət və texnoloji mühəndislik şöbəsinin böyük texnoloqu Qabil Mikayılov, ARDNŞ-in Almaniyadakı nümayəndəsi Elmar Məmmədov və onun müşaviri Nazim Əliyev iştirak edərək şirkətin uzunmüddətli layihələri barədə məlumat verəcək və resursların inkişaf etdirilməsi prinsipləri haqda danışacaqlar.
ACHEMA emal sənayesi üzrə dünya forumu və kimya texnologiyaları, ətraf mühitin mühafizəsi və biotexnologiya üzrə müasir texnoloji sammitdir. Sayca 30-cu olan bu sammitdə müvafiq sahələri təmsil edən səlahiyyətli şəxslər və ekspertlər iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB