Büdcədən hərbi sahəyə əlavə 45 milyon manat ayrılacaq

Büdcədən hərbi sahəyə əlavə 45 milyon manat ayrılacaq

2012-ci il dövlət büdcəsinin artırılmasına yol açan səbəblərdən biri dünya bazarında neftin bahalaşmasıdır. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədovun SİA verdiyi məlumata görə, büdcə mayın 26-da iqtisadi siyasət komitəsinin müzakirəsinə çaxarılacaq.

Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 600 milyon, gəlirləri isə 700 milyon manat artırılacaq. Millət vəkili qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsi təsdiq ediləndə neftin bir bareli 80 dollar götürülmüşdü. Keçən müddət ərzində artıq, neftin qiyməti 120 dollardır. Ona görə, hər il olduğu kimi bu il də neftin qiyməti ilə bağlı dövlət büdcəsində dəyişiklik aparılıb.

Vahid Əhmədov həmçinin əlavə edib ki, 2012-ci ilin dövlət büdcəsinə 600 milyon manat vəsait daxil olub. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar olaraq vəsaitin 350 milyon manatı Zaqatala, Qax, Şəki zonalarında baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün, 95 milyon manatı isə Bakıda müəyyən tədbirlərin keçirilməsinə, yəni "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsinə xərclənib. Qalan 200 milyon manatı da ehtiyat fonduna verilib.

Bundan başqa büdcə artımında hərbi sahəyə 45 milyon manatın əlavə olunması da planlaşdırılır. Vahid Əhmədov qeyd edib ki, mayın 26-da Milli Məclisin iqtisadi-siyasət komitəsinin icalsında ipoteka kreditidə müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə