Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafina dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edən Beyləqan rayonun icra hakimiyyətinin başçısı Vaqif Abdullayev son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculu abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun artmasını qeyd edib.
O bildirib ki, regionların iqtisadi mənzərəsininin dəyişməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Sahibkarlığa kömək milli fondunun icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda , o cümlədən Beyləqan rayonunda da həyata keçirilən layihələr barədə məlumat verib. O qeyd edib ki, bu ilin əvvəlindən respublika üzrə sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 69.2 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və investisiya mühitinin formalaşması nəticəsində ölkənin sosial iqtisadi inkişafına nail olunduğunu vurğuladılar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB