Sahibkara 4 min manat maliyyə sanksiyası tətbiq edildi

Sahibkara 4 min manat maliyyə sanksiyası tətbiq edildi
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Səbail rayonu, Mərdanov Qardaşları küçəsi, 8 ünvanında Vladimir Mixaylova məxsus mağazada yoxlama aparıb. Qurumdan SİA-ya verilən məlumata görə, müəllif və ya əlaqəli mülkiyyət hüquqları sahibinin razılığı olmadan istehsal edilib, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən sahibkar Vladimir Mixaylova 4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə