Bundan əlavə, "Cahangir" müəssisəsi xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq almadan dağ-mədən işlərini həyata keçirməklə 43 min 339,69 manat məbləğində gəlir əldə edib. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar. Departament tərəfindən aparılan digər araşdırmalarla "Azərsutikinti" ATSC-nin Samur-Abşeronsutikinti törəmə müəssisəsində, "Ulutürk", "YK İnşaatçı" və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib. Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb. Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB