ARDNŞ ilə Bolqarıstan holdinqi arasında Anlaşma Memorandumu imzalanıb

ARDNŞ ilə Bolqarıstan holdinqi arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün ARDNŞ-nin baş ofisində şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Delyan Dobrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xoşbəxt Yusifzadə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib.

Delyan Dobrov təmsil etdiyi ölkənin ARDNŞ-in həyata keçirdiyi müxtəlif layihələrə maraqlı olduğunu bildirib. Tədbirin sonunda Xoşbəxt Yusifzadə və Bolqarıstanın Enerji Holdinqinin icraçı direktoru Mixail Andonov əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə