Vüqar Bayramlı: \"Azərbaycanda birmənalı şəkildə xaricdən gətirilən məhsulların qarşısı al;na bilməz\" - MÜSAHİBƏ
İqtisadçı ekspert Vüqar Bayramlının SİA-ya müsahibəsi
- Vüqar müəllim, Azərbaycanda yerli məhsullar əvəzinə xaricdən gətirilən məhsulların satışına daha çox üstünlük verilir. Sizin fikrinizcə, bunun səbəbləri nədir?
- Bu gün dünyada başqa ölkələrdən məhsul gətirməyən ölkə yoxdur. Ən böyük kənd təsərrüfatı məhsulları istehsal edən ölkənin özü də hansısa ərazidən müəyyən məhsullar gətirir. O baxımdan bir sıra kənd təsərrüfatı məhsullarının ölkə kənarından gətirilməsi tamamilə normaldır. Azərbaycan da aqrar ölkə olmasına baxmayaraq xaricdən gətirdiyi məhsulların həcmi kifayət qədər böyükdür. Aqrar siyasət isə xarici bazardan asılılığın aradan qaldırılmasına yönəldilməlidir. Azərbaycanda birmənalı şəkildə xaricdən gətirilən məhsulların qarşısını ala bilməz. Amma yerli məhsul istehsalını artırmaq və daha çox yerli məhsul istehsal hesabını ödəməklə praktik olaraq xaricdən əlaqəni aradan qaldırmaq mümkündür. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışının daha davamlı olması üçün Azərbaycanın bir sıra yerlərində aqrar kənd təsərrüfatı mallarını saxlamaqla üçün anbarlar inşa edilib. Artıq bir sıra anbarlar istifadə edilməkdədir. Ölkədəki kənd təsərrüfatı anbarlarının artırılmasına ehtiyac var. Ötən ilin sonu-cari ilin əvvəllərindəki nəticələr göstərir ki, anbarların sayını artırmaqla birmənalı şəkildə Azərbaycan kənd təsərrüfatı məhsullarının əsasən yerli məhsullar hesabına ödənilməsini həyata keçirə bilər. Bu isə qiymətlərin tənzimlənməsi və aşağı düşməsinə gətirib çıxara bilər.
- Necə düşünürsünüz, yerli məhsulların bazar təlabatını daha çox ödəməsi üçün ölkədə aqrar siyasətin dəyişilməsinə nə dərəcədə ehtiyac var?
- Bu ilin qışında Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti əvvəlki dövrə nisbətən aşağı oldu. Bu həm Yeni İl, həm də Novruz bayramında müşahidə olunub. Əvvəlki illərdə kənd təsərrüfatı məhsullarını saxlamaq üçün anbarlaırn olmaması məhsulların tez xarab olması ilə nəticələnib. İndi isə bir sıra məhsulların qış və yaz dövrünə kimi saxlamaq mümkün olur ki, bu da bazarda bolluğun yaranması, qiymətlərin aşağı düşməsi ilə nəticələnir. O baxımdan siyasət birmənalı şəkildə fermerlərə öz məhsullarını yalnız mövsüm dövründə deyil, eyni zamanda, mövsümdən sonra saxlayaraq satmaq imkanı verir. Aqrar siyasət yalnız fermerlərin daxili bazara işləməsi deyil, eyni zamanda, ixrac imkanlarını stimullaşdırmaq üçündür. Çünki fermer təsərrüfatları nə qədər çox məhsul istehsal edirsə, xaricdə satırsa, o qədər çox əlavə imkanlar əldə edir. Birmənalı şəkildə ixracın stimullaşdırılması, fermer təsərrüfatlarının daha yüngül şərtlərlə, eləcə də daha asan şərtlərlə, az bürokratik əngəlsiz öz məhsullarını bazara çıxarması onların daha çox gəlir əldə etməsinə səbəb olacaq. Bu da bütövlükdə aqrar sektorun canlanması və kənd təsərrüfatının inkişafına səbəb olacaq.
- Azərbaycanın qiymətləndirmə siyasəti necə yerinə yetirilməlidir?
- Təbii ki, ölkədə qiymətləndirmə siyasətinin yeniləşməsinə və yenidən işlənməsinə ehtiyac var. Əgər inşaatla bağlı hər hansı bir yaşayış və ya qeyri-yaşayış obyekti sökülürsə, həmiş şəxsə ödənilməsinə ehtiyac var. Azərbaycanda son vaxtlar həmin ödənişlərin məbləği ilə bağlı narazılıqlar var. Adətən mənzili sökülən, müxtətlif səbəblərdən mənzili alınanlara ödənilən vəsaitlər bəzi hallarda onları razı salmır. Azərbaycan qanunvericiliyə görə, məbləğ müəyyənləşdirilən zaman həmin ərazidə satılan son 3 mənzilin qiyməti əsas götürülür. Satılan mənzillərin qiymətinə uyğun olaraq hər kvadrat metrə ödənən vəsait müəyyənləşdirilir. Biz təklif edirik ki, qiymətləndirmə siyasəti daha konkret olmalıdır. Qiymətləndirmə siyasətində bizim təklif etdiyimiz model Ukrayna modelidir. Orada olduğu kimi Bakıda da bütövlükdə zonalar üzrə minimum qiymətlərin müəyyənlədirilməsinə ehtiyac var. Çünki hər hansı bir mənzili alan istər dövlət, istər qeyri-dövlət qurumu həmin minimum qiymətlərdən aşağı vəsait ödəyə bilməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB