“Azərsu” işçilərinə təlim keçirir

“Azərsu” işçilərinə təlim keçirir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları" və "Polietilen boruların qaynağının tətbiqi texnologiyaları" mövzularında təlimlər keçirib.

Qurumdan SİA-ya verilən xəbərə görə, texniki nəzarətçilər üçün təşkil olunan təlimlərdə içməli su və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunmuş, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilib.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən "Azərsu" ASC-nin Bakı Sukanal idarəsinin əməkdaşları üçün "Çirkab sutəmizləmə qurğularının istismarı" mövzusunda təlimlər keçirilir. Hövsan Aerasiya Stansiyasında təşkil olunan təlimlərdə dinləyicilərə çirkab su mənbələri, təmizləmə üsulları, bioloji proseslər, laboratoriya analizləri və s. məsələlərlə bağlı qabaqcıl təcrübə haqda məlumatlar verilir, yeni texnologiyaların tətbiqi barədə tədris işləri aparılır.

Bununla yanaşı, "Bakı Sukanal" İdarəsinin və "Sukanal" Elmi- Tədqiqat Layihə İnstitutunun müvafiq şöbələrinin işçiləri üçün "Çirkab sutəmizləmə qurğularının layihələndirilməsi" mövzusunda treninqlərə başlanılıb.

İndiyədək keçirilən təlimlərə "Azərsu" ASC-nin müxtəlif idarə və müəssisələrinin 100-dən çox əməkdaşı cəlb olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə