Vergilər Nazirliyi yaxın 20 gündə ölkə üzrə post-terminalların quraşdırılmasını başa çatdıracaq. SİA-nın verdiyi xəbərə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatının təşkili, iqtisadi təhlil baş idarəsinin rəisi Natiq Şirinov bildirib. Onun sözlərinə görə, respublika üzrə mövcud fəal obyektlərin 72%-i, turizm obyektlərinin 90%-də post-terminallar quraşdırılıb. Yaxın 15-20 gün ərzində ölkədə tam olaraq 25 min postterminalın quraşdırılması başa çatdırılacaq. O vurğulayıb ki, 1-ci rübdə 7846 post-terminal quraşdırılıb, ümumilikdə isə ölkə üzrə 18 min post-terminalın quraşdırılması başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB