"Günəşli" yatağında 2 quyu əsaslı təmirdən sonra istismara verilib
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda da quyular texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Dövlət Neft Şirkətindən verilən məlumata görə, yatağın işlənməsini həyata keçirən ''28 May'' adına NQÇİ-də bu istiqamətdə mühüm tədbirlər görülür.
Bu günlərdə yataqdakı 13-cü özüldən 436 nömrəli, 10-cu özüldən 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib. 436 nömrəli quyu sutkada 65 ton neft və 21 000 kubmetr qaz, 186 nömrəli quyu isə sutkada 75 ton neft və 17 000 kubmetr qaz hasilatı ilə işləyir.
Təmir işləri ''28 May'' NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB