İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, iclas aprelin 18-20-də Vaşinqtonda baş tutacaq. Azərbaycan tərəfdən komissiyaya maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats rəhbərlik edir.

Xatırladaq ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının 1-ci iclası 2007-ci ildə Bakıda, 2008-ci ildə isə Vaşinqtonda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə