Qaz xəttində baş verən partlayışla bağlı araşdırmalara başlanılıb
Hazırda partlayış baş verən ərazidə 12 metr qaz kəməri yararsız haldadır. Partlayışın gücü çox olduğundan dəmir parçaları hadisə yerindən 120 metr kənara düşüb. Partlayışdan iki saat sonra Altıağac qəsəbəsində və Şamaxının Çuxuryurd ərazisində qazın verilişi dayandırılıb. Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Partlayışa səbəb kimi səslənən əsas versiya 1982-ci ildə istifadəyə verilən kəmərdə çürümənin baş verməsidir.
Xatırladaq ki, aprelin 13-də saat 23.00 radələrində Mozdok-Qazıməmməd qaz kəmərinin Şamaxı rayonundan keçən hissədində partlayış baş verib. Daha sonra yanğın başlayaıb.Hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayış güclü olduğundan onun səsi Siyəzən, Dəvəçi və Quba rayonlarının kəndlərində də eşidilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB