İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu rayonunda \"Aysel market\"də, \"Ayxan market\"də, \"M.M. market\"də, İsa Musayevə, Saleh Məmmədova, Zemfira Daşdəmirovaya məxsus mağazalarda, Nəsimi rayonunda \"Nuray market\"də, Taleh Həsənova, Xəzər rayonunda Rəşad Mayılova məxsus mağazalarda, \"Rəfi market\"də, Nərimanov rayonunda Ayxan Hacıyevə, Yasin Rüstəmova, Ruslan Nəsibova, Fədai Eyyubova məxsus mağazalarda, \"Elfan market\"də, \"İslimi market\"də, Mehdiabad qəsəbəsində Təranə Məsimovaya, Şəki şəhərində Mənsur Məsimova, Təbriz Süleymanova, Qazax şəhərində Natiq Məşiyevə, İlham Süleymanova, Pərviz Qasımova, Hafizə Əliyevaya, Tərtər rayonunda Sultan Məmişova, Qusar rayonunda Əyyub Kərimova məxsus mağazalarda, \"Pioner market\"də, Cəlilabad rayonunda Hüseyn Məmmədova, Ağdam rayonunda Taleh Cəfərova, Gəncə şəhərində Barat Balayevə, Akif Məmmədova, Saatlı rayonunda Emil Muradova məxsus mağazalarda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi aşkarlanıb. Ümumilikdə, 1030 kiloqramdan çox ərzaq malları məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB