\"Cənubi Qafqaz-2021: neft, demokratiya və geosiyasət\" kitabının təqdimat keçirilib

\"Cənubi Qafqaz-2021: neft, demokratiya və geosiyasət\" kitabının təqdimat keçirilib

Bu gün \"Cənubi Qafqaz-2021: neft, demokratiya və geosiyasət\" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bir sıra dövlət qurumları və səfirliklərin nümayəndələri, millət vəkilləri iştirak ediblər. Tədbirdə çıxış edən SAM-ın icraçı direktoru Gülşən Paşayeva bildirib ki, kitab Strateji Araşdırmalar Mərkəzinin (SAM) və ABŞ-ın Ceymstaun Fondunun dəstəyi ilə çap olunub.

Qeyd olunub ki, nəşr olunan kitab 4 fəsildən ibarətdir ki, burada da Cənubi Qafqazda mövcud münaqişələr, demokratiya problemləri, eyni zamanda qarşıdakı 10 il ərzində sözügedən məsələlərin inkişaf proqnozları verilib: "Kitabın ön sözünün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Hopkins universitetinin rektoru Fredrik Startdır. Kitabda 13 müxtəlif ölkədən (Azərbaycan, Gürcüstan, Rusiya və Qərb ölkələri) olan müəlliflərin məqalələri dərc olunub".


Daha sonra Siyasi Proqramlar Departamentinin rəhbəri Fariz İsmayılzadə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, millət vəkili Asim Mollazadə və digərləri çıxış edərək nəşr olunmuş bu kitabın Cənubi Qafqaz regionunda oynayacağı rolundan danışıblar. Qeyd olunub ki, kitabın tirajı 500 nüsxə təşkil edir. Lakin Hopkins universitetinin təşəbbüsü ilə daha 500 nüsxənin çap olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə