Vüqar Bayramlı: Azərbaycanda tətbiq olunan indeksasiya daha ədalətlidir
"Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə iyunun 1-dən etibarən keçmiş SSRİ banklarında olan əmanətlərin qaytarılması prosesi başlanacaq. Bir il yarım davam edəcək proses 1 milyon 980 min əhalinin əhatə edəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib. O bildirib ki, təxminən 2 milyona yaxın insan əmanətlərin qaytarılmasındandan faydalana biləcək. Əmanətlərin qaytarılması zamanı indeksasiya sisteminin bu gün ən çox müzakirə olunan məsələlərdən biri olduğunu deyən V.Bayramlı deyib ki, bu sitemi digər ölkələr, xüsusilə MDB ölkələri ilə müqayisə etsək, Azərbaycanda tətbiq olunan indeksasiya daha ədalətlidir.
"Əgər Azərbaycanda 2000 rubla 385 dollar ödəniləcəksə, Qırğızıstanda hər 2500 dollara qədər olan əmanətlərə cəmi 60 dollar, Moldovada 1000 dollara qədər olan əmanətlərə cəmi 80 dollar ödənilib. Bir sıra ölkələr, o cümlədən Ukrayna prosesi başlasa da bunu başa çatdıra bilmədi. Bu proses Ukraynda da 3 il müddətinədək dayandırılaraq qeyri-müəyyən müddətədək təxirə salınıb. Qazaxıstanda əmnaətlərin qaytarılması ilkin mərhələdə nağd şəkildə qaytarılsa da sonrakı proses istiqrazlarla ödənilib. Bu və ya digər baxımlardan Azərbaycanda indeksasiya prosesi davamlı, ədalətli və hər rubla ödınilən dollar ekvivalentində vəsait digər MDB ölkələrindən daha yüksək hesab oluur. Bu prosesi tamamlamaq üçün 1 milyarda yaxın vəsait xərclənəcək. İyunun 1-dən əmanətçilər əmanət kitablarını, eləcə də şəxsiyyət vəsiqəsilə Kapital Bankın yerli şöbələrinə müraciət edərək həmin indeksasiya sisteminə uyğun olaraq onların vəsaitlərini geri ala bilərlər. Əmanətlərin qaytarılması sistemi bütövlükdə bir islahat olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdıırılmasına imkan yaradacaq", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB