Əmanətlərin qaytarılması prosesi necə aparılacaq?

Əmanətlərin qaytarılması prosesi necə aparılacaq?

Uzun illərdir müzakirə edilən keçmiş SSRİ-nin banklarındakı əmanərin qaytarılması məsələsi öz həllini tapdı. Amma bununla yanaşı da yeni suallar meydana çıxdı. Əmanətlərin qaytarılması prosesi necə aparılacaq? Ədalət prinsipi qorunacaqmi? Məsələni iqtsadi ekspertlərlə aydınlaşdırmaga çalışırıq. İqtisadçı ekspert Aydın Hüseynovun fikrincə, əmanətlərin qaytarılması prosesini aidiyyəti dövlət qurumlarının birləşdiyi komissiya həyata keçırəcək. Əgər əmanətlərin qaytarılması zamanı hər hansı bir sual ortaya çıxarsa o zaman həmin məsələləri komissiya həll edəcək: \"Hazırda Fərmandan irəli gələn məsələlər dəqiqliklə hesablanır. Belə ki, keçmiş SSRİ dövründə banka yatırılan əmanətlər o zaman rubulla qoyulmuşdursa hazırda manata çevrilərək vətəndaşlara veriləcək. Manatın ekvivalenti digər SSRİ məkanına daxil olan dövlətlərlə müqayisədə olduqca yüksək faizdir. Əgər Rusiyada 1000 rublun müqabilində 0,3 dollar qaytarılırdısa Azərbaycanda bu 1000 rubla 150 manat qaytarılacaq. Qazaxıstanda isə bu göstərici digər dövlətlərdən bir qədər artıq - 1000 rubl müqabilində 6 dollar qaytarılıb. Bütün bunlar isə Azərbaycanın keçmiş SSRİ dövlətləri içərisində son 20 ildə daha yüksək inkişab etmiş dövlət olduğunu daha aydın göstərir".

İqtisadçı ekspert Vüqar Bayramovunisə qeyd etdi ki, əmanətlər il yarım ərzində ölkə vətəndaşlarına qaytarılacaq və proses iyunun 1-də başlanılacaq. Onun sözlərinə görə, bu tarixdən etibarən vətəndaşlar Kapital Banka müraciət edərək öz əmanətlərini geri götürə bilərlər: "Rublla yerləşdirilən əmanətlərin manatla geri qaytarılması üçün manatın indekssasiyasına ehtiyac var. İndekssasiya sistemi hesablanan zaman qanunvericilikdə manat və rublla bağlı qəbul edilən qərar var. İlk olaraq 1992-ci ilin avqustunda manat dövriyyəyə girib. O zaman 1 manat 10 rubla bərabər idi. 1 yeni manat isə o vaxtın 5000 min manata bərabər oldu. Bunu nəzərə alaraq sərəncamda müvafiq cədvəl hazırlanıb. Cədvələ görə əmanətlər intervala görə geri qaytarılacaq".

Iqtisadçı ekspert İlham Şaban da bu fərmanın müsbət nəticələr verəcəyini deyib. Lakin İlham Şaban puilun qyatarılmasında müəyyən fərqli işlərin görüləcəyinin mümkün olduğunu vurğulayıb.

Əmanətlərin geri qaytarılmasını Kapital bank müvəkkil bank olaraq həyata keçirir. Vətəndaş əmanət kitabçası, şəxsiyyəti təsdiq edən sənədlə banka müraciət edəcək. Əgər əmanətçinin əmanət kitabçası itibsə və ya oradakı hər hansı bir məlumat zədələnibsə o zaman Kapital bankda və ya filiallarda yaradılan xüsusi komissiyalara yaxınlaşmalıdırlar. Həmin komissiyada vətəndaşın müraciətinə baxılacaq. Əgər vətəndaşın müraciəti düzgündürsə, o zaman komissiya vətəndaşa həmin əmanətin qaytarılması üçün qərar verəcəklər. Hətta sərəncamda dünyasını dəyişən əmanətçilərin də əmanətlərinin qaytarılması nəzərdə tutub. Həmin pullar onların varislərinə veriləcək. Varis notarial qaydada varisliyi təsdiq olunmuş sənədi ilə kapital banka müraciət edəcək.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyində fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı \"Qaynar xətt\" yaradılıb. Vətəndaşlar iş günləri saat 09:00-dan 18:00-dək 404-46-03 şəhər nömrəli telefona zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilər. Əmanətlərin son verilmə tarixi isə 2013-cü ilin dekabrın sonudur.

Bütün xəbərlər Facebook səhifəmizdə