Neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,02 dollar və ya 1,9% azalaraq 1 barelə görə 104,70 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,82 dollar və ya 1,5% azalaraq 121,98 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə