Eldar Əzizov: “Ölkə iqtisadiyyatına qoyulan investisiyalar ilbəil artır”
"Ölkə iqtisadiyyatına qoyulan investisiyalar ilbəil artaraq 20 milyard dollar təşkil edir. Bunun 13 milyardı daxili investisiyalar, 7 milyardı isə xarici investorların vəsaitidir. Əhalinin pul gəlirləri artmaqda davam edərək investisiyanı 2.5 dəfə üstələyib. 2011-ci ildə 94 min iş yeri açılıb, bunun da 73 mini daimi iş yeridir. Yoxsulluq səviyyəsi aşağı düşərək 7.6 faiz təşkil edir". SİA-nın məlumatına görə, bu fikirləri bu gün keçirilən iclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov səsləndirib.
Xatırladaq ki, bu gün Sumqayıtda keçirilən tədbirin məqsədi Eldar Əzizovun Sumqayıta icra hakimi təyin olunmasından bu yana keçən dövr ərzində şəhərdə görülən işlərin müzakirəsini aparmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB