Dəmir yollarında Post-terminallar hazır vəziyyətə gətirilib

Dəmir yollarında Post-terminallar hazır vəziyyətə gətirilib

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti bir sıra tədbirlər planı həyata keçirib. SİA-nın xəbərinə görə, Bu yeniliklərdən biri də bilet kassalarına quraşdırılan post-terminallardır.

Belə ki, bu ilin martın 1-dən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq ediləcək. Bunu bugün jurnalistlərə Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov Bakı sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimlərində çıxışı zamanı deyib. Rəis müavininin sözlərinə görə bu yeniliyi tətbiq etməkdə əsas məqsəd Dəmir yolunda sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsidir. O, nəğdsiz ödənişi həyata keçirmək üçün hazırlıq işlərinin artıq başa çatdığını və bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd edək ki, ötən müddət ərzində \"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı\"nın təsdiq edilməsi haqqında sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində bir sıra vacib işlər görülüb, gərgin müzakirələr aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə