Dünya Bankına yeni prezident seçiləcək

Dünya Bankına yeni prezident seçiləcək

Aprelin 20-də Dünya Bankına yeni prezident seçiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2007-ci ildən bu yana Dünya Bankında prezident vəzifəsini Robert Zellik tutur. Onun bu ilin yayında istefaya gedəcəyi bildirilir. Qeyri-rəsmi sazişə görə, Dünya Bankının prezidenti amerikalı, Beynəlxalq Valyuta Fondunun rəhbəri isə avropalı təyin olunacaq. Qeyd edək ki, Dünya Bankının Direktorlar şurasına 25 nəfər daxildir. Dünyanın ən aparıcı 8 dövlətindən onun təmsilçiləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə