ARDNŞ-nin "Azneft" İstehsalat Birliyində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya, informasiya texnologiyaları və hesablama texnikası sahəsində işlərin icrası ilə məşğul olan podratçı təşkilatların iştirakı ilə 2011-ci ildə görülmüş işlərin yekunu və 2012-ci ildə planlaşdırılan fəaliyyət haqqında geniş müşavirə keçirilib.
ARDNŞ-dn SİA-ya verilən məlumata görə, müşavirədə "Azneft" İB-nin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin rəisi F. Səfərəliyev əvvəlki illərlə müqayisədə bu sahədə görülmüş işlər, tətbiq edilən yeni texnikanın keyfiyyətlı quraşdırma, sazlama və texniki xidmətlə təmin olunması haqqında məlumat verib. Ötən müddət ərzində qarşılıqlı planlaşdırma əsasında görülmüş işlər, nəticələr barəsində məlumat verilib, podratçıların fəaliyyəti müzakirə olunub və işlərin daha keyfiyyətlə yerinə yetirilməsi üçün qabablayıcı tədbirlərin görülməsi məsələsinə dair fikir mübadiləsi aparılıb.
Baş direktorun müavini C. Səmədov 2011-ci ildə əldə olunmuş nailiyyətlərə baxmayaraq, bəzi podratçı təşkilatların fəaliyyətində çatışmazlıqların olduğunu qeyd etmiş və bu sahədə mövcud potensial imkanlardan səmərəli istifadə etmək, eləcə də quraşdırma, sazlama və texniki xidmət zamanı təhlükəsizlik texnikası və normativ sənədlərin tələblərinə tam əməl olunması zərurətindən bəhs olunub. Çıxış edən podratçı təşkilatların nümayəndələri qarşılıqlı fəaliyyətin səmərəli qurulması baxımından analoji müşavirələrin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB