GoMap.Az turist naviqatorunun mobil versiyasının hazırlanmasına start verilib
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan GoMap.az Online naviqatorunun mobil versiyasının hazırlanmasına start verilib. SİA-nın məlumatına görə, ən yaxın zamanda bu proqram mobil telefon istifadəçilərinə təqdim olunacaq. İlkin planlara görə, mobil versiya Eurovision mahnı müsabiqəsinə qədər istifadəyə veriləcək.
GoMap.Az Online naviqatorunda obyektlərin sayı artıq 65632-dir. Bununla GoMap.az Azərbaycanın ən ətraflı elektron xəritəsidir. Yenilənən GoMap.az saytında obyektlərin sayının artırılması ilə yanaşı bir sıra yeni funksionallar da əlavə edilib.
Yeniliklər sırasında "Mənim obyektlərim" menyusundan hər bir istifadəçi xəritəyə öz obyektlrini daxil edib şəxsi xəritə yarada bilər və onu təqdim edilən keçid kodu(URL) vasitəsilə digər istifadəçilərlə bölüşə bilər. Bu zaman həm də obyektlərə və ya ümumi xəritəyə istənilən informasiya əlavə edilə bilər.
VEB sayt tərtib edən mütəxəssislər üçün yaradılıb, "Seçilmiş obyektlər", menyusunun köməyi ilə, üzərində qeyd olunan (seçilən) obyektlər olan interaktiv xəritə fraqmentini başqa saytlarda yerləşdirmək olar.
Burada həmçinin üzərində seçilmiş obyektlər olan, tam elektron xəritəyə keçid kodu(URL) da almaq olar. Bu adətən, ayrı-ayrı yerlərdə yerləşmiş, bir neçə müəssisəsi olan şirkətlərə və ya mal dağıtım şirkətlərinə lazım olur. Gələcəkdə həm də bu obyektlər arasında naviqasiya imkanlarının tətbiqi nəzərdə tutulub.
İndi artıq saytla işləmə qaydalarını, istifadəçilərimiz, "Yardım" menyusunda, bunun üçün xüsusi yaradılmış video faylların köməyi ilə öyrənə bilərlər.
Mütəxəssislərimiz Azərbaycanın elektron xəritəsi ilə yanaşı Gürcüstanın da elektron xəritəsini hazırlayırlar. Ən yaxın zamanda GoMap.Az portalı Gürcüstanı da əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB