Davosda “SOCAR – Azərbaycanın enerjisi” adlı təqdimat keçirilib

Davosda “SOCAR – Azərbaycanın enerjisi” adlı təqdimat keçirilib

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Dövlət Neft Şirkətinin "SOCAR – Azərbaycanın enerjisi" adlı təqdimatı keçirilib.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, forumda reklam aksiyası vasitəsi ilə Azərbaycanın iqtisadi və mədəni potensialı haqda geniş məlumat verilib, əsas tədbirlərin keçirildiyi üç min nəfərlik Konqres Mərkəzində Azərbaycan xalçalarından ibarət kolleksiya nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev iştirakçılara Azərbaycan və SOCAR haqda geniş məlumat vermiş, Avropanın enerji təhlükəsizliyində ölkəmizin tutduğu mühüm mövqe və oynadığı rol, neft-qaz marşrutlarının şaxələndirilməsi kimi məsələlər haqqında danışıb.

Məlumata görə, təqdimatda enerji məsələləri üzrə Avropa komissarı Günter Ottinger, Gürcüstanın Baş naziri Nika Gilauridə çıxış edərək enerji əməkdaşlığı sahəsində Azərbaycanın etibarlı tərəfdaş olmasından söz açmışlar.

Forumda Azərbaycan nümayəndə heyətində təmsil olunan nazirlər – Ə.Abbasov, S.Şərifov, H. Bağırov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri C. Hacıyevlə yanaşı, tədbirdə "Deutsche Bank", "Tüssen Qrup", "LUKoyl", "RWE", "BNP Paribas", "Blackstone", "Edisson", "Ernst and Young" kimi tanınmış beynəlxalq korporasiyaların, bankların, iri KİV-lərin rəhbərləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Avropa ölkələri parlamentlərinin deputatları, rəsmi şəxslər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə