Ötən il Cəlilabad və Biləsuvarda elektrik şəbəkəsində 1000-ə yaxın qayda pozuntusu aşkarlanıb

Ötən il Cəlilabad və Biləsuvarda elektrik şəbəkəsində 1000-ə yaxın qayda pozuntusu aşkarlanıb

Cəlilabad elektrik şəbəkəsində (EŞ) 2011-ci il ərzində 720 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub və nəticədə 2 milyon 68,5 min kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin 124,1 min manatdan artıq istehlak dəyəri bərpa edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilib.


Biləsuvar EŞ-də də reydlər keçirilib. Ötən il ərzində burada 230-dan çox qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 729,3 min kVt/saata yaxın itirilmiş elektrik enerjisinin 43,7 min manatdan artıq istehlak dəyəri bərpa edilib, bunun isə 49 faizə yaxın hissəsinin ödənişi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə