Neft yenidən bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,04 dollar və ya 0,04% artaraq 1 barelə görə 100,75 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,67 dollar və ya 0,6% azalaraq 110,86 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə