ARDNŞ tərəfindən dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəniib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin dekabr ayında dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib. Şirkətdən SİA-ya verilən məlumata görə, 2011-ci ildə büdcəyə 1 milyard 335 milyon 235 min manat ödənib. Bu, 2010-cu ilə nisbətən 72 milyon 345 min manat və ya 5,7 faiz çoxdur. Bundan başqa, 2011-ci ilin dekabr ayında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına 11 milyon 676 min manat vəsait köçürülüb. Ümumiyyətlə, ötən il şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına ödəniş 134 milyon 509 min manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB