ARDNŞ ötən il dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib

ARDNŞ ötən il dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2011-ci ilin dekabr ayında dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib. SİA-nın ARDNŞ-nə istinadən verdiyi məlumata görə, 2011-ci il ərzində büdcəyə 1 milyard 335 milyon 235 min manat ödənmişdir ki, bu da 2010-cu il ilə müqayisədə 72 milyon 345 min manat və ya 105,7 faiz çox olub. Bundan başqa, 2011-ci ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 676 min manat vəsait köçürülüb. 2011-ci il ərzində Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 134 milyon 509 min manat təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə