İri dövlət vergi ödəyicisi olan müəsissələrin monotorinqi aparılır
İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafikini təsdiqlənib. SİA-nın Azərbaycan Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, monitorinqlər 2012-ci ildə "Azərsu" ASC-də apreldə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və "Azərenerji" ASC-də mayda, "Bakıelektrikşəbəkə" və "Azərbaycan Hava Yolları"nda iyulda, ARDNŞ və "Azərbaycan Dəmir Yolları"nda oktyabrda, Rabitə Nazirliyində və Bakı Metropolitenində isə noyabrda keçiriləcək.
Qeyd edək ki, iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinlər 2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübünü əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB