İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri icbari sığorta növünə görə 18,901 mln. manat sığorta haqqı yığılıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri icbari sığorta növünə görə 18,901 mln. manat sığorta haqqı yığılıb

Ötən il ərzində Azərbaycanda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası" növü üzrə ümumilikdə 18,901 mln. manat həcmində sığorta haqqı yığılıb.

Bu sığorta növü üzrə bazarda ən çox daxilolmalar "PAŞA Həyat" sığorta şirkətində olub. Belə ki, qeyd olunan dövr ərzində şirkətin bu sığorta növü üzrə daxilolmaları 8 mln. manata yaxın olub ki, bu da bazar üzrə ümumi yığımların 44%-ni təşkil edir. Sonrakı yerləri "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləri bölüşdürür.

Qeyd edək ki, 2011-ci il ərzində həyata sığortası bazarında fəaliyyət göstərən bu üç şirkət tərəfindən ümumilikdə 292,385 min manata yaxın ödəniş həyata keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə