\"Bank of Baku\" bütün peşə sahiblərinə kredit verməyə başladı

\"Bank of Baku\" bütün peşə sahiblərinə kredit verməyə başladı

\"Bank of Baku\" nağd pul kreditinə olan böyük tələbatı nəzərə alaraq "Pul Hamıya Lazımdır!" şüarı altında yeni peşə kreditlərini təqdim etməyə başlayıb. SİA-nın banka istinadən verdiyi məlumata görə, artıq arayış təqdim edə bilməyən müxtəlif peşə sahibləri, o cümlədən bütün növ ustalar, mühasiblər, tərcüməçilər, proqramçılar, dizaynerlər, rəssamlar, heykəltaraşlar, bağbanlar, dayələr, dərzilər, xalçaçılar, video operatorlar, fotoqraflar, musiqiçilər, müğənnilər, rəqqaslar, saç ustaları, bərbərlər, kosmetoloqlar, vizajistlər, administratorlar, aşbazlar, repetitorlar, taksi sürüçüləri, ofisiantlar və bir çox digər peşə sahibləri \"Bank of Baku\"-ya müraciət edib peşə kreditlərindən faydalana bilərlər.


Peşə kreditləri adlı məhsulun şərtlərinə görə kreditin məbləği minimum 300 ABŞ dolları, maksimum 10 000 ABŞ dolları təşkil edə bilər. Müddəti 24 aya qədərdir. Faiz dərəcəsi isə aylıq 2.08%-dən başlayır.

Qeyd edək ki, bu kreditlərin verilməsi zamanı şəxsiyyət vəsiqəsindən əlavə heç bir digər sənəd tələb olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə