İran səfirliyi: “Cari ilin üç ayı ərzində İran Azərbaycana ixracatın həcmini 450 milyon dollara çatdırmağı planlaşdırır”
\"Son 9 ay ərzində İrandan Azərbaycana ixrac olunan qeyri-neft məhsullarının həcmi artaraq 337 milyon dollara çatıb\". SİA-nın xəbərinə görə, bu sözləri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət ataşesi Seyyid Fərəc Şəhidi deyib. Onun sözlərinə görə, İrandan Azərbaycana əsas ixrac malları sırasında sement, kaşı, keramika və şüşə məmulatları, kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən kənd-təsərrüfatı məhsulları, sənaye və neft-kimya məhsulları xüsusi çəkiyə malikdir.
Attaşe bildirib ki, Azərbaycana ixrac olunan qeyri-neft məhsullarından əlavə sərhəd rayonlarının sakinləri tərəfindən aparılan xırda ticarətin də İranın Azərbaycana ümumi ixracatında payı vardır: "Statistik məlumatlara görə, son 9 ay ərzində Astara gömrüyü 21 mln dollarlıq ixracatla birinci, Biləsuvar gömrüyü 4 mln dollarlıq nəticə ilə ikinci, Culfa gömrüyü isə 1 mln dollar ilə üçüncü yüri tutur.
Qeyd etmək lazımdır ki, İrandan Azərbaycan Respublikasına ixrac olunan qeyri-neft məhsullarının həcminin artdığı nəzərə alınaraq, Novruz bayramına qədər İranın bu ölkəyə ixracatının həcminin 450 mln dollardan artıq olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB