Azərbaycanda turizmin ən böyük problemi qiymətlərin yüksək olmasıdır
Qışın gəlişi ilə əlaqədar Qubaya istirahətə getmək istəyənlərin də sayı azalıb. Ancaq bu il də turizm obyektlərində qiymətlərin çox baha olması çoxlarının arzusunu ürəyində qoyur.
Qubada turizmin ən böyük problemi qiymətlərin yüksək olmasıdır. Bu da nəticə etibarı ilə Qubaya gələn turistlərin sayının azalmasına gətirib çıxarır və respublikaya daxil olan vəsaitlərin həcmini azaldır. Qiymətlərdə endirimə getməmək ona gətirib çıxarır ki, turistlərin sayı kəskin şəkildə azalır. Hətta yerli turistlər belə, ölkə xaricində dincəlməyə üstünlük verirlər.
Araşdırmalarımız göstərir ki, ölkəmizdə bir çox turizm bölgələrində fəaliyyət göstərən dörd və üç ulduzlu otellərin qiymətləri Türkiyədəki beşulduzlu otellərin qiymətlərindən bahadır. Buna görə də orta təbəqədən olan insanlarımızın çoxu istirahətə gedə bilmir. Necə deyərlər, bu il də onların istirahətə getmək arzuları ürəklərində qaldı".
Azərbaycanda istirahətdən məhrum olan təkcə ata-analar deyil, həm də onların övladlarıdır.
Artıq 2012-ci ildən Şimaldakı turizm obyektlərində 1 gecə qalmaq və 3 dəfə nahar etmək 40 manata endirilib.
Qiymətlərin birdən-birə aşağı salınması bu il turizmə marağı görəsən keçənilkindən çox artacaqmı. İcraçı direktor bildirib ki, qış ayında dağ turizminə gəlmək çətindir ona görə ki, dağa gələn turistlər qar vaxtı yollardan şikayətlənirlər. Yollarda buz olduğundan enişli-yoxuşlu yollarda çətinliklər yaranır.
Qeyd edək ki, əhali daha çox Quba-Xaçmaz, bölgələrində istirahət etməyə maraq göstərir. Bu yerlərdə bir nəfərin istirahətinin qiyməti 1 gün üçün azı 45-350 manat arasında dəyişir. Buraya yemək və otel xərcləri də daxildir.
Emin Kərimov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB