2011-ci ildə 170 tona yaxın keyfiyyətsiz ərzaq satışdan çıxarılaraq məhv edilib

2011-ci ildə 170 tona yaxın keyfiyyətsiz ərzaq satışdan çıxarılaraq məhv edilib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı 167,7 ton ərzaq malı satışdan çıxarılaraq məhv edilib. SİA-nın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən bir ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilib.

Ötən il ərzində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul edilmiş və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1485 qərar qəbul edilib və ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 konfrans keçirilib, 13 adda 160 min buklet, eləcə də sahibkarların, istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə