Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni 16 dövlət standartını təsdiq
edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunlar
Standartlar İnstitutu tərəfindən işlənmiş dadverici-aromatik əlavələr və qida
aromatizatorları, ayaqqabı qüsurlarının termin və tərifləri, neft məhsulları,
maye neft məhsulları, benzin, atom-absorbsiya spektrometriya üsulu ilə
qurğuşunun kiçik qatılıqlarının təyini, atmosfer havası, cəmdək, yarımcəmdək və
dörddəbir cəmdək halında olan qaramal və dana əti, kimyəvi liflər və metalın
maqnit yaddaşı metodu üzrə dövlət standartlarıdır.
Bundan başqa, "Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara ümumi
tələblər", "Uyğunluğun qiymətləndirilməsi, "Audit və idarəetmə sistemlərinin
sertifikatlaşdırılmasını keçirən orqanlara tələblər", "Ətraf mühitin idarəetmə
sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər" və "Əməyin mühafizəsinin
idarəetmə sistemləri. Ümumi tələblər" üzrə dövlət standartları da təsdiq olunub
"Dadverici-aromatik əlavələr və qida aromatizatorları" standartı qida sənayesi
üçün nəzərdə tutulan dadverici-aromatik əlavələr və qida aromatizatorları
sahəsində anlayışların termin və təriflərini müəyyən edir.
"Ayaqqabı. Qüsurların termin və tərifləri" standartı məmulatın hazırlanmasının və
saxlanılmasının bütün mərhələlərində yaranan və orqanoleptik aşkar olunan
ayaqqabı qüsurlarının anlayışlarına aid termin və tərifləri müəyyən edir.
"Neft məhsulları. Ultrabənövşəyi flüoressensiya" standartı oksigenin kütlə payı
2,7%-dən çox olmayan benzinlər də daxil olmaqla, avtomobil benzinlərinə,
tərkibində yağ turşusunun metil efiri 5%-dən çox olmayan (həcmə görə) dizel
yanacağı da daxil olmaqla dizel yanacaqlarına şamil edilir və kükürdün 3-dən
500 mq/kq diapazona qədər qatılığını ultrabənövşəyi flüoressensiya metodu ilə
müəyyən edir.
"Maye neft məhsulları. Benzin. Benzolun miqdarının qaz xromatoqrafiya üsulu ilə
təyini" standartı qaynama tempraturunun sonu 220 dərəcə selsidən yüksək olmayan
etilsiz benzində 0,05% həcmdən 6% həcmə qədər olan diapazonda benzolun
miqdarını təyin etmək üçün kolonkaları çevirməklə qaz xromotoqrafiya metodunu
müəyyən edir.
"Maye neft məhsulları. Atom-absorbsiya spektrometriya üsulu ilə qurğuşunun
kiçik qatılıqlarının təyini" standartı atom-absorbsiya spektrometriya üsulu ilə
benzində, qurğuşunun və onun alkil əvəzedicisinin tipindən asılı olmayaraq
2,5-10,0 mq/dm üstü 3 qatılıq intervalında qurğuşunun təyin edilməsini müəyyən
edir.
"Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi
əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan
(O-FİD) istifadə edərək qaz xromotoqrafiya üsulu ilə təyini" standartı
tərkibində 0,17% - 15% kütlə diapazonunda fərdi oksigenli üzvi birləşmələrin
miqdarını və qaynama sonu 220 dərəcə selsidən çox olmayan etilsiz benzində
kütləsi 3,7%-dək olan üzvi əlaqəli oksigenin ümumi miqdarının təyini üçün qaz
xromotoqrafiya üsulunu müəyyən edir.
"Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini"
standartı intensiv oksidləşmə şəraitində distillat neft yanacaqlarının
stabilliyini müəyyən edir. Bu standart tərkibində mazut komponentləri və ya
qeyri-neft mənşəli komponentlər olan yanacaqlar üçün tətbiq edilə bilməz.
"Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin
təyin edilməsi. JFTOT metodu" standartı qaz turbinləri üçün yanacaqlara tətbiq
olunur və yanacaq sistemində parçalanma məhsullarının əmələ gəlmə meyliliyinin
təyini metodunu müəyyən edir.
"Atmosfer havası. Politsiklik aromatik karbohidrogenlərin (qaz və bərk
hissəciklər halında) ümumi miqdarının təyini. Nümunələrin süzgəc və sorbent
üzərinə götürülərək xromoto-kütlə spektroskopiyası üsulu ilə analizi" standartı
atmosfer havasında politsiklik aromatik karbohidrogenlərin (PAK) miqdarının
təyini zamanı nümunənin götürülməsi, hazırlanması və analizinə qoyulan
tələbləri müəyyən edir. Standart qaz və bərk hissəciklər halında olan PAK
nümunələrinin götürülməsi və onların ümumi miqdarının təyini üçün tətbiq edilir.
"Cəmdək, yarımcəmdək və dörddəbir cəmdək halında olan qaramal və dana əti"
standartı pərakəndə satış, ictimai iaşə şəbəkələri və yeyinti məqsədi ilə
sənaye emalı üçün nəzərdə tutulmuş yarımcəmdək və dörddəbir cəmdək halında olan
qaramal ətinə və cəmdək və yarımcəmdək halında dana ətinə aid edilir.
"Kimyəvi liflər. Qüsurların termin və tərifləri" standartı vizual müəyyən
edilmiş kimyəvi liflərin, jqutun, sapların, kimyəvi sapların sarınma
qüsurlarına aid anlayışların termin və təriflərini təyin edir.
"Dağıtmayan nəzarət. Metalın maqnit yaddaşı metodu. Hissə 1. Termin və
təriflər" standartı metalın maqnit yaddaşı metodundan istifadə etməklə
dağıtmayan nəzarət sahəsində prosedurlar üçün terminləri və tərifləri təyin
edir.
Qeyd edək ki, "Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara ümumi
tələblər", "Uyğunluğun qiymətləndirilməsi. Audit və idarəetmə sistemlərinin
sertifikatlaşdırılmasını keçirən orqanlara tələblər" və "Ətraf mühitin
idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər" standartları
komitənin Akkreditasiya şöbəsi tərəfindən Rusiya Federasiyasının müvafiq milli
standartları əsasında, "Əməyin mühafizəsinin idarəetmə sistemləri. Ümumi
tələblər" standartı isə Belarus Respublikasının milli standartı əsasında cild
üsulu ilə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



